Avq
2018
18:32
25
175
5189
Virtual karabakh

Millət vəkili: Ermənistan, Paşinyan hökuməti ciddi nəticə çıxarmalıdır

2 Avq, 2018
18:32
5189

Millət vəkili: Ermənistan, Paşinyan hökuməti ciddi nəticə çıxarmalıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda Azərbaycan dövlətinin qarşısında dayanan yeganə problem Ermənistan-Azərbaycan münaqişəsidir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizi hələ də işğal altındadır. Dövlətimiz münaqişənin ədalətli həlli istiqamətində bütün diplomatik imkanlardan maksimum istifadə edir.

Oxu.Az xəbər verir ki, bunu millət vəkili Sevinc Fətəliyeva bildirib.

Onun sözlərinə görə, təəssüf ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi, müvafiq beynəlxalq qurumların və dövlətlərin laqeyd və ikili standartlarla yanaşması səbəbindən münaqişə hələ də özünün ədalətli həllinin tapmır.

Millət vəkili qeyd edib ki, ötən illər ərzində Ermənistanda bir neçə dəfə hakimiyyət dəyişikliyi baş versə də, iqtidara gələn şəxs və onun komandası əvvəlki hakimiyyətdən fərqli mövqe nümayiş etdirməyib, əksinə, vəziyyəti gərginləşdirmək, münaqişənin həllini uzatmaq yönündə çağırışlar səsləndirilib.

S. Fətəliyevanın dediyinə görə, hələ ki, Serj Sarkisyanı hakimiyyətdən uzaqlaşdıran Nikol Paşinyan və hökuməti də münaqişənin həlli istiqamətində kokstruktiv mövqe nümayiş etdirmir, belə bir istəkdə görünmür:

“Ancaq cənab prezident İlham Əliyev hər zaman yüksək beynəlxalq tribunalardan Ermənistanın işğalçılıq siyasətini ifşa edir və bəyan edir ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına hec vaxt imkan verilməyəcək.

Ərazi bütövlüyümüzün danışıqlar prosesində müzakirə mövzusu olmadığını deyən dövlətimizin başçısı sülh danışıqları nəticə verməsə, Azərbaycanın öz gücünə torpaqlarımızı işğaldan azad edəcəyini dəfələrlə vurğulayıb.

Dünənki çıxışında da bir daha bu mövqeyini açıq şəkildə ifadə edib.

Odur ki, qarşı tərəf, Paşinyan iqtidarı bundan ciddi nəticə çıxarmalıdır…”.

K. HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri