15 
Avq
2018
18:21
183
22
6263
Virtual karabakh

Gülxar Həsənovanın 100 illik yubileyi ilə bağlı - SƏRƏNCAM

15 Avq, 2018
18:21
6263

Gülxar Həsənovanın 100 illik yubileyi ilə bağlı - SƏRƏNCAM

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respubblikasının prezidenti İlham Əliyev görkəmli opera müğənnisi, Xalq artisti Gülxar İbrahim qızı Həsənovanın anadan olmasının 100 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, Mədəniyyət Nazirliyinə Xalq artisti Gülxar Həsənovanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Gülxar Həsənova 10 dekabr 1918-ci ildə Şəmkir rayonunun Bayramlı (Şəmkir) kəndində anadan olub. Bakı Teatr Texnikumunda oxuyub (1935-1937), ADU-nu bitirib(1959).

G.Həsənova səhnə fəaliyyətinə Azərbaycan Gənc Tamaşaçılar Teatrında başlayıb (1936-1942). O, Üzeyir Hacıbəyovun məsləhəti və köməkliyi ilə 1942-ci ildə Azərbaycan Dövlət Opera və Balet teatrına işə qəbul olunub. 

Melodik səsə malik istedadlı aktrisanın sonrakı taleyi Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsi ilə bağlı olub. O, burada parlaq, koloritli qadın obrazları yaratmışdır. 1980-cı ildən teatrın məşqçi pedaqoqu olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri