İlham Əliyev məktəblərdə şəraitlə tanış olub - YENİLƏNİB + FOTO
İlham Əliyev məktəblərdə şəraitlə tanış olub - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsindəki 192 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Oxu.Az xəbər verir ki, dövlətimizin başçısına məktəbdə görülən işlər barədə məlumat verilib.
10:41
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində Cəfər Cabbarlı adına 187 nömrəli tam orta məktəbin binası əsaslı təmir edilib.
Oxu.Az xəbər verir ki, sentyabrın 13-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu təhsil ocağında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısına məktəbdə görülən işlər barədə məlumat verilib.
10:37
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Oxu.Az xəbər verir ki, dövlət başçısına məktəbdə görülən işlər barədə məlumat verilib.