21 
Sen
2018
14:30
116
170
1831
Virtual karabakh

Cumabekov: Azərbaycan xalqı öz ölkəsi və rəhbərliyi ilə fəxr edir

21 Sen, 2018
14:30
1831

Cumabekov: Azərbaycan xalqı öz ölkəsi və rəhbərliyi ilə fəxr edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması yalnız Azərbaycan xalqının deyil, bütövlükdə regionun həyatında əhəmiyyətli hadisədir. Yüz il bundan əvvəl Azərbaycan xalqı parlamentini yaratmaqla, demokratik prinsiplərə sadiqliyini nümayiş etdirib. Yüz il bundan əvvəl Azərbaycanda yaradılan parlament müasir parlamentarizm modeli əsasında fəaliyyət göstərirdi.

Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisdə (MM) Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxış edən Qırğız Respublikası parlamentinin sədri Dastanbek Cumabekov bildirib. 

Onun dediyinə görə, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərdi. 

D.Cumabekov qeyd edib ki, indi Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı ölkə daxilində və xaricdə müxtəlif tədbirlərin keçirilməsi xalqın öz tarixinə verdiyi dəyərin göstəricisidir:

“Bu gün Azərbaycan xalqı öz ölkəsi və rəhbərliyi ilə fəxr edir, siyasi və iqtisadi müstəqilliyini yüksək dəyərləndirir. Azərbaycanın turizm cəhətdən cəlbedici olması, səhiyyə və təhsil sahələrində inkişaf etməsi və beynəlxalq aləmdəki mövqelərinin möhkəmlənməsi ölkənin inkişafının göstəriciləridir”.

MM-in parlamentlərarası əməkdaşlığa önəm verdiyini deyən sədr vurğulayıb ki, bu orqan  bir çox parlament təşkilatları ilə uğurlu əməkdaşlıq edir.

Qırğızıstanla Azərbaycanı ümumi köklərin, dini və mədəni eyniliklərin birləşdirdiyini deyən D.Cumabekov qeyd edib ki, tarixən xalqlarımız arasında dostluq əlaqələri mövcud olub və bu münasibətlər bu gün də var.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri