23 
Okt
2018
14:39
334
70
3455
Virtual karabakh

Ərdoğan STAR zavoduna görə İlham Əliyevə təşəkkür etdi

23 Okt, 2018
14:39
3455

Ərdoğan STAR zavoduna görə İlham Əliyevə təşəkkür etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 19-da İzmirin Əliağa rayonunda açılışı baş tutan STAR Neft Emalı Zavoduna görə İlham Əliyevə təşəkkür edib.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident bu barədə AKP-nin məclis qrup toplantısında danışıb.

“İzmirdə açılışını Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə həyata keçirdiyimiz STAR NEZ-in xeyirli olmasını diləyirəm. Zavod ölkəmizin cari büdcə kəsirini azaltmaqda böyük dəstək olacaq. Belə bir investisiyanın ölkəmizə yatırılmasına görə İlham Əliyevə təşəkkür edirəm”.

Qeyd edək ki, STAR NEZ oktyabrın 20-də Türkiyə prezidentinin qərarı ilə Xüsusi Sənaye Zonası elan olunub.

Zavodun istehsal gücü illik 10 milyon tondur. Zavod bu gün Türkiyədə idxal olunan malları istehsal edəcək. STAR-da ildə beş milyon ton dizel yanacağı, 1,6 milyon ton təyyarə yanacağı, 1,6 milyon ton liqroin, 700 min ton neft koksu, 300 min ton TMQ və 160 min ton kükürd istehsal olunacaq.

Dizel, aviasiya və TMQ yanacaqları yerli bazara çıxarılacaq. Zavoda qoyulan sərmayə Türkiyənin büdcə kəsirini bu il 1,6 milyard dollar azaldacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri