27 
Okt
2018
00:17
13
177
5831
Virtual karabakh

Məmmədyarov Qarabağ münaqişəsində əsas maneədən danışdı

27 Okt, 2018
00:17
5831

Məmmədyarov Qarabağ münaqişəsində əsas maneədən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Rudolf Miçalka ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həlli prosesi və ATƏT-lə Azərbaycan arasında münasibətlərin cari vəziyyətinə dair fikir mübadiləsi aparılıb.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verən E. Məmmədyarov Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğunun münaqişənin həllində əsas maneə olduğunu diqqətə çatdırıb. 

Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in müvafiq sənədləri əsasında həll edilməli olduğunu qeyd edən nazir işğal olunmuş Azərbaycan torpaqlarında  məskunlaşma siyasətinin aparılması və məqsədyönlü şəkildə demoqrafik tərkibin dəyişdirilməsi cəhdlərinin Ermənistanın da 1993 ildə qoşulduğu 1949-cu il tarixli Mülki Əhalinin Müharibə Zamanı Müdafiəsinə aid Dördüncü Cenevrə Konvensiyası və ona əlavə Protokollara zidd olduğunu xüsusilə vurğulayıb.

Rudolf Miçalka  ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi kimi ilk dəfə regiona səfər etdiyini bildirərək ətraflı məlumata görə təşəkkürünü ifadə edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri