Məmmədyarov Klaarla görüşdü
Məmmədyarov Klaarla görüşdü
Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
XİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və çox faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib.
Tərəflər Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq münasibətləri ətrafında, o cümlədən ölkəmizlə Avropa İttifaqı arasında ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş üzrə davam edən danışıqlar barədə fikir mübadiləsi aparıblar.
Görüşdə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, Aİ tərəfindən həyata keçirilən etimad quruculuğu layihələri müzakirə olunub.
Tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə edilib.