ATƏT PA-nın fəaliyyəti təkmilləşdirilir
ATƏT PA-nın fəaliyyəti təkmilləşdirilir
Milli Məclisin (MM) deputatı, ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti Azay Quliyev qurumun Büro iclasında və ATƏT-in Nazirlər Şurasının 25-ci toplantısında iştirak etmək üçün dekabrın 4-də İtaliyanın Milan şəhərinə səfərə gedəcək.
Oxu.Az xəbər verir ki, Büro iclasında ATƏT PA-nın 2019-cu il üçün prioritet fəaliyyət istiqamətləri, Assambleyanın qış və yay sessiyalarının, eləcə də, nəzərdə tutulmuş digər iclaslarının gündəliyinə aid məsələlər və aktuallıq kəsb edən digər mövzular müzakirə olunacaq.
İclasda ATƏT PA-nın fəaliyyətini təkmilləşdirmək və institusional səviyyədə yeni təcrübələri tətbiq etmək məqsədilə qurumda keçirilməsi nəzərdə tutulan islahatlara dair təkliflərə və qurumun seçki müşahidə missiyalarının prosedur qaydalarına dəyişikliklərin edilməsi məsələsinə baxılacaq.
ATƏT-in Nazirlər Şurasının 25-ci iclasında bir sıra mövzular ətrafında geniş fikir mübadiləsi aparılacaq.
A.Quliyev Büro iclasında müzakirəyə çıxarılan məsələlərə dair öz fikirlərini bildirəcək.
Səfər dekabrın 8-də başa çatacaq.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
Oxu.Az yeniləndi!