AŞPA Paskyeni yenidən sədr seçdi
AŞPA Paskyeni yenidən sədr seçdi
AŞPA isveçrəli parlamentari Lilian Mori Paskyeni yenidən Assambleyanın rəhbəri seçib.
Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, qış sessiyasının açılışı zamanı sədr vəzifəsinə yalnız bir namizədin irəli sürüldüyü bildirildikdən sonra, parlamentarilər alqışlarla “yeni” sədri qarşılayıblar.
Paskye bu vəzifəni ötən il 25 iyun tarixdə, onun siyasi qrupunun nümayəndəsi olan Mikele Nikolettinin ölkədə milli seçimlərdə məğlub olmasından sonra tutub.
Səlahiyyətlərinin təsdiq edilməsindən sonra o çıxış edərək, korrupsiya ilə mübarizəyə, Rusiya və Avropa Şurası ətrafındakı vəziyyət və həmçinin, stereotiplər və seksizmə qarşı mübarizəyə xüsusi diqqət ayırıb.
Avropa Şurası Parlament Assambleyasının sədri Lilian Mori Paskye 16 dekabr 1956-cı ildə İsveçrənin Cenevrə şəhərində anadan olub. 1988-ci ildə mamalıq diplomu alıb. 2018-ci ilin yanvar ayından etibarən isə “Sosialistlər, demokratlar və “yaşıllar” parlament qrupuna rəhbərlik edir.