31 
Yan
2019
18:32
179
68
8239
Virtual karabakh

Rəsmi Bakı Paşinyana cavab verdi

31 Yan, 2019
18:32
8239

Rəsmi Bakı Paşinyana cavab verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ məsələsində sülh əvəzinə ərazilərin qaytarılması imkanlarını müzakirə etməyəcək” kimi bəyanatına münasibət bildirib.

XİN-nin mətbuat xidmətinin rəhbəri Leyla Abdulalyeva Oxu.Az-a açıqlamasında qeyd edib ki, Paşinyanın məntiqini anlamaq çətindir.

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında aparılan danışıqların təməlində, məhz Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması durur.

Bu tələb BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsində, eləcə də münaqişənin həlli ilə bağlı demək olar ki, bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə əks olunur.

Belə olduğu təqdirdə sual meydana çıxır: cənab Paşinyanın bu mövqeyi onun danışıqlardan imtina etməsi deməkdirmi?”, - deyə o qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri