26 
Fev
2019
11:40
34
136
3296
Virtual karabakh

Gürcüstan prezidentinin Bakı səfərinin gündəliyi açıqlandı

26 Fev, 2019
11:40
3296

Gürcüstan prezidentinin Bakı səfərinin gündəliyi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstan prezidenti Salome Zurabişvilinin fevralın 27-də Azərbaycana səfərinin gündəliyi açıqlanıb. 

Bununla bağlı məlumatı Gürcüstan Prezident Administrasiyası yayıb. 

Səfər çərçivəsində Zurabişvili azərbaycanlı həmkarı İlham Əliyevlə təkbətək və geniş tərkibli görüşlər keçirəcək. Görüşdən sonra Zurabişvili və Əliyev birgə mətbuat konfransı keçirəcək. 

“Siyasi, iqtisadi və ticarət əlaqələrinin dərinləşməsi ilə yanaşı, Gürcüstan və Azərbaycan xalqları arasında yaxşı qonşuluq və dostluq münasibətlərinə söykənən mədəni əlaqələrin inkişafı da prioritet məsələ olacaq”, - məlumatda qeyd edilib. 

İlham Əliyevdən başqa, Zurabişvili Bakıda Azərbaycan baş naziri Novruz Məmmədov və parlamentin spikeri Oqtay Əsədovla görüşəcək. 

Səfər zamanı Gürcüstan prezidentinin Azərbaycanda yaşayan gürcü tələbələr və biznes nümayəndələri ilə də görüşü planlaşdırılıb. 

Gürcüstan nümayəndə heyətinin tərkibinə Prezident Administrasiyasının əməkdaşları, eləcə də, qanunverici və icraedici hakimiyyət nümayəndələri daxil olacaq. 

Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də qurulub. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri