Mar
2019
16:14
114
38
4684
Virtual karabakh

Ekspert: Putinin bu mübarizədən qalib ayrılmağa heç bir şansı yoxdur

6 Mar, 2019
16:14
4684

Ekspert: Putinin bu mübarizədən qalib ayrılmağa heç bir şansı yoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasının Orta və Kiçikmənzilli Raketlərin Ləğv  olunması Müqaviləsi (OKMRLM) üzrə öhdəliklərinin yerinə yetirilməsinin dayandırılması barədə fərman imzalayıb. Sözügedən müqavilə SSRİ və ABŞ arasında 1987-ci ildə bağlanıb.

Putinin imzaladığı fərman rəsmi Kremlin ABŞ-a “soyuq müharibə”yə baş vurduğundan xəbər verir.

Hadisələrin inkişafının hansı nəticələrə gətirib çıxaracağı barədə Oxu.Az-a verdiyi müsahibədə Ukrayna Dünya Siyasəti İnstitutunun eksperti Yevgeni Maqda danışıb.

- Rusiya və ABŞ OKMRLM-dan çıxdı. Moskva və Vaşinqtonun bu addımını necə qiymətləndirirsiniz?

- Təəssüflər olsun ki, dünya siyasətində hüquq gücünün yerinə gücün hüququ gələndə bu tam məntiqi olur. Biz bu situasiyanı 2008-ci ildən bəri müşahidə edirik, həmin vaxt dünya ictimaiyyəti Rusiyanın Gürcüstana təcavüzünə hər hansı reaksiya göstərməmişdi.

Ardınca Krımın ilhaqı və Donbasda münaqişənin gərginləşməsi baş verdi. Rusiya getdikcə daha aqressiv olur, Donald Tramp isə dünya siyasətində ABŞ-ın liderliyini nümayiş etdirməklə iqtisadiyyat sahəsindəki uğurlarını möhkəmləndirməyin dərdini çəkir.

- Aydın məsələdir ki, burada silahlanma yarışmasından və “soyuq müharibə”dən söhbət gedir. Necə düşünürsünüz, Rusiya bu silahlanma yarışmasına tab gətirə biləcək?

- Müxtəlif gümanlar irəli sürmək olar, mən yaxın tarixə qısa səyahət etməyi təklif edərdim. 90-cı illərin əvvəlində silahlanma yarışı SSRİ-nin süqutuna gətirib çıxarıb. Putin bunu “XX əsrin ən böyük geosiyasi fəlakəti” adlandırır.  

Bu gün ABŞ-ın hərbi büdcəsi həcminə görə bu göstərici üzrə ilk onluğa daxil olan dövlətlərin ümumi büdcəsini üstələyir. Ona görə də Rusiya bunun tam əksini car çəksə belə, Putin köhnəlmiş qorxuducu cizgi filmlərini göstərməyə davam etsə belə, onun bu mübarizədən qalib ayrılmağa heç bir şansı olmayacaq.  

- Geosiyasi vəziyyət əhəmiyyətli dərəcədə radikallaşıb. Ukrayna və Azərbaycan kimi ölkələrə çətin olacaq. Rusiya və ABŞ arasında “soyuq müharibə” şəraitində bu ölkələr hansı addımları atmalıdır?

- Həm Ukrayna, həm də Azərbaycan üfüqi münasibətləri inkişaf etdirməli, yalnız və yalnız özlərinə belə bağlamalıdırlar. Müxtəlif maraqların qovşağında olan istənilən ölkə bu zərurətin fərqinə varmasa, ona çətin olacaq.

Ukrayna artıq  strateji seçim olaraq öz kursunu müəyyənləşdirib: söhbət NATO və Avropa İttifaqına üzvlükdən gedir. Ancaq bu, o anlama gəlməməlidir ki, biz yalnız Brüsselə ümid oluruq. Xeyr, həyat bizi ilk növbədə öz gücümüzə bel bağlamağı öyrədib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri