16 
Mar
2019
17:41
580
49
6746
Virtual karabakh

Eldar Sabiroğlunun oğlu da əfv edildi

16 Mar, 2019
17:41
6746

Eldar Sabiroğlunun oğlu da əfv edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rüşvət almaqda təqsirləndirilərək həbs edilən keçmiş müstəntiq Rüfət Səfərov əfv edilib.

Oxu.Az xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamında onun da adı var.

Xatırladaq ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğlu R.Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib.

Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb. 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov doqquz il müddətinə azadlıqdan məhrum edilib. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri