20 
Mar
2019
17:55
272
85
2712
Virtual karabakh

İlham Əliyev Kasım-Jomart Tokayevə məktub göndərdi

20 Mar, 2019
17:55
2712

İlham Əliyev Kasım-Jomart Tokayevə məktub göndərdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə məktub göndərib. 

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Hörmətli Kasım-Jomart Kemeleviç, Qazaxıstan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətə başlamanız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan və Qazaxıstanı çoxəsrlik dostluq və əməkdaşlıq əlaqələri birləşdirir. Əminəm ki, xeyirxah ənənələrə söykənən bu dövlətlərarası münasibətlərimiz gələcəkdə də xalqlarımızın və ölkələrimizin mənafeyi naminə inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə, hörmətli Kasım-Jomart Kemeleviç, möhkəm cansağlığı, xoşbəxtlik və dövlət başçısı vəzifəsində qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri