30 
Mar
2019
17:41
153
396
5857
Virtual karabakh

Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO

30 Mar, 2019
17:41
5857

Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun dəvəti ilə Qroznı şəhərində səfərdə olub.

QMİ-dən verilən məlumata görə, o, Qroznıda Rusiya Qəhrəmanı Əhməd Kadırov adına Regional İctimai Fondun və İslam Mədəniyyəti, Elm və Təhsilə Dəstək Fondunun birgə təşkilatçılığı ilə keçirilən “İslam sülh və mərhəmət carçısıdır” adlı beynəlxalq dini konfransda iştirak edib.

Prezident İlham Əliyevin salamlarını Çeçen Respublikasının başçısı Ramzan Kadırova, bütün çeçen xalqına və konfrans iştirakçılarına çatdıran QMİ sədri bildirib ki, dini liderlərin əsas vəzifəsi xalqlarımızın xoşbəxtliyi və rifahı naminə, qardaşlıq əlaqələrini və müqəddəs dinimiz İslamı gücləndirməkdir.

Sonra A.Paşazadə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov ilə görüşüb. Görüşdə QMİ sədrini çeçen torpağında hər zaman görməkdən məmnun olduğunu bildirən Çeçenistan lideri Azərbaycan xalqına və dövlətimizin başçısına qardaş salamlarını çatdırmağı A.Paşazadədən xahiş edib.

Qrozniya səfəri çərçivəsində QMİ sədri QMİ sədri Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri - Şimali Qafqaz müftiləri ilə də görüşüb, cari məsələlər ətrafında müzakirələr aparılıb.

Daha sonra Beynəlxalq İslam Liqasının Baş katibi Məhəmməd bin Əbdül Kərim əl-İsa ilə görüşən A.Paşazadə onunla İslam aləmində cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparıb. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri