21 
May
2019
10:36
456
41
3636
Virtual karabakh

Türkdilli ölkələrin rəhbərləri Azərbaycana yığışacaq

21 May, 2019
10:36
3636

Türkdilli ölkələrin rəhbərləri Azərbaycana yığışacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII sammiti bu ilin oktyabrında Azərbaycanda keçiriləcək. 

Kapsamhaber”in məlumatına görə, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının Baş katibi Bağdad Amrayevlə görüşdə məlumat verib. 

O, Azərbaycandakı hazırlıqları yaxından izlədiyini bildirib. 

Ərdoğanın sözlərinə görə, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov görüşə fəxri qonaq kimi dəvət olunacaq. 

Bundan başqa, Türkiyə Prezidenti bu sammitdə Özbəkistanı üzv kimi görmək istədiyini deyib. 

O, Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayevin Türk Şurasının fəxri sədri təyin edilməsini təklif edib.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri