10 
İyn
2019
15:35
63
376
3426
Virtual karabakh

Deputat: Müharibə itkidir, biz qan tökülməsini istəmirik

10 İyn, 2019
15:35
3426

Deputat: Müharibə itkidir, biz qan tökülməsini istəmirik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın təxribatçı hərəkətləri, o cümlədən, erməni snayperlərindən istifadə olunması, atəşkəsin mütəmadi pozulması münaqişənin sülh yolu ilə həllinə zərbə vurur. Bu baxımdan, real vəziyyət dəyişməz olaraq qalır.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

“Bilirsiniz ki, bizim güclü ordumuz var və müasir texnika və avadanlıqla təchiz olunub. Bütövlükdə, Azərbaycan Ermənistanla müqayisədə, hər sahədə üstündür”, - deyən millət vəkili qeyd edib ki, torpaqlarımızı işğaldan azad etmək üçün müharibəyə başlamaq heç vaxt gec deyil.

“Amma müharibə itki, fəlakət, dağıntı deməkdir, vaxtilə çox itkilərimiz olub. Yenidən qan tökülməsinin, dağıntıların baş verməsinin tərəfdarı deyilik. Ona görə bütün sülh yollarından istifadə etməliyik. Əks halda, biz müharibə yolu ilə torpaqlarımızı azad etməyə həm mənəvi, həm də hərbi nöqteyi-nəzərdən hazırıq!

Bir sözlə, Azərbaycan qətiyyətli mövqeyi, milli maraqları özündə əks etdirən siyasəti ilə mətin addımlarla irəli gedir və heç bir təzyiq bizi qorxutmur, çəkindirmir. Çünki biz müstəqilliyimizin qorunması və dünyada sülhün bərqərar olunması üçün mübarizə aparır və fəaliyyət göstəririk.

Bunun üçün hər birimiz bu gün ayıq-sayıq olmalı, ölkəmizə qarşı həyata keçirilən informasiya müharibəsində üstünlüyü əldən verməməliyik.

Müstəqilliyimizin qorunması, əbədi olması üçün ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrin icrasında yorulmadan fəaliyyət göstərməliyik”,- deyə millət vəkili əlavə edib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri