27 
İyn
2019
10:21
113
14
1606
Virtual karabakh

“The Jerusalem Post”: Ermənistanda antisemitizm güclənir

Ermənistan cəmiyyəti tərəfindən antisemitizm sistemli şəkildə özünü büruzə verir.

Bu barədə jurnalist Cessi Boqner “The Jerusalem Post”da dərc olunan məqaləsində yazır.

Onun sözlərinə görə, son vaxtlar xristianlar tərəfindən antisemitizmin güclənməsi müşahidə olunur. C.Boqner nümunə qismində Qüdsdə erməni kilsəsinin 60 seminaristinin Şavuot bayramı ərəfəsində antisemit aksiya keçirdiyini göstərib:

“Bu aksiya xristianların hələ də yəhudilərə hücum etməyə meyilli olduğunu göstərdi və Ermənistanda antisemitizmin artmasının bariz təzahürünə çevrildi”.

Müəllif Ermənistan cəmiyyətinin sistemli antisemitizm nümayiş etdirdiyinə dair çoxsaylı sübutların olduğunu qeyd edir. 2018-ci ildə “Pew” mərkəzinin araşdırması göstərir ki, ermənilərin 32 faizi yəhudiləri həmvətəni kimi qəbul etmək istəmir. Bundan başqa, Anti-Diffamasiya Liqasının növbəti “Global 100” araşdırması nəticəsində məlum olub ki, ermənilərin əksəriyyəti müxtəlif antisemit stereotiplərin düzgün olduğu qənaətindədir:

“Digər tərəfdən, müsəlman əhalinin üstünlük təşkil etdiyi Azərbaycanla müqayisədə İsrail və Ermənistan arasında münasibətlər kifayət qədər lazımi səviyyədə inkişaf etməyib. Azərbaycanla İsrail arasında möhkəm münasibətlərin olması təsadüfi deyil. Azərbaycanda antisemitizm yoxdur, çiçəklənən yəhudi icması var”.

C.Boqner bildirib ki, Azərbaycanda dini tolerantlıqla bağlı daha geniş şəraitin olduğunu nəzərə almaq lazımdır. Bu, dinin dövlətdən dəqiq şəkildə ayrı olması ilə izah edilir. Azərbaycan əhalisinin 97 faizi müsəlmandır, lakin bu ölkənin konstitusiyasına əsasən, o, dünyəvi dövlətdir. Dövlət təhsil sistemi dünyəvidir:

“Bunu erməni apostol kilsəsinin böyük təsirinin olduğu Ermənistanla müqayisə edin. Ermənistanın “Vicdan və dini təşkilatların azadlığı haqqında” qanunu kilsənin dövlətdən ayrı olduğunu müəyyənləşdirsə də, erməni apostol kilsəsinin rəsmi milli kilsə statusu var. Erməni kilsəsinin hələ də ölkədə mərkəzi rol oynadığı nəzərə alınsa, Ermənistanın Holokost tarixini dövlət səviyyəsində yenidən yazmağa çalışması təəccüblü deyil”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri