11 
Avq
2019
15:42
354
159
2944
Virtual karabakh

Azərbaycan və İran prezidentləri Soçidə görüşəcəklər

11 Avq, 2019
15:42
2944

Azərbaycan və İran prezidentləri Soçidə görüşəcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran Prezidenti Həsən Ruhani Soçi sammiti çərçivəsində Azərbaycan və Rusiya Prezidentləri ilə təkbətək görüş keçirəcək.

“RİA Novosti” xəbər verir ki, bunu İran Prezident Administrasiyasının mətbuat xidmətinin nümayəndəsi Pərviz İsmaili bildirib.

O, qeyd edib ki, H.Ruhani Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə görüşdə ikitərəfli münasibətlərlə əlaqədar vacib məsələləri müzakirə edəcək.

Eyni zamanda Soçi sammitində birgə bəyanat qəbul ediləcək.

Qeyd edək ki, avqustun 14-də Soçidə Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün keçirilməsi planlaşdırılır. Liderlərin sonuncu görüşü 2018-ci ilin avqustunda “Xəzər beşliyi” sammiti çərçivəsində baş tutmuş, həmin görüşdən sonra Xəzərin statusu ilə bağlı konvensiya imzalanmışdı.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri