18 
Yan
2020
10:57
8
80
1680
Virtual karabakh

Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı

18 Yan, 2020
10:57
1680

Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına 27 müraciət daxil olub.

Oxu.Az-ın məlumatına görə, bunu MSK sədrinin müavini Rövzət Qasımov Seçki hüquqlarının pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarda deyib. 

Onun sözlərinə görə, bu, heç də o demək deyil ki, bütün iddiaçılar haqlıdır. 

“Ancaq araşdırmalar nəticəsində o da bəlli olub ki, bəzi dairə seçki komissiyalarının qərarı düzgün olmayıb”, - deyə o əlavə edib. O bildirib ki, MSK-nın qərarı nəticəsində şikayət edən yeddi nəfərin deputatlığa namizədliyi qeydə alınıb. 

Qeyd edək ki, bu ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri