28 
Yan
2020
15:03
58
13
2031
Virtual karabakh

XİN-dən Çində koronavirusun aşkarlandığı şəhərdən vətəndaşlarımızın təxliyyəsi ilə bağlı AÇIQLAMA

28 Yan, 2020
15:03
2031

XİN-dən Çində koronavirusun aşkarlandığı şəhərdən vətəndaşlarımızın təxliyyəsi ilə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirusun aşkarlandığı Çinin Uxan şəhərindən Azərbaycan vətəndaşlarının təxliyyəsi ilə bağlı danışıqlar aparılır.

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

“Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyi Çin hökuməti ilə xüsusən Uxan şəhərində olan vətəndaşlarımızın təxliyyəsi ilə bağlı danışıqlar aparır. Bu, bizim üçün çox ciddi məsələdir. Bu istiqamətdə Çin hökuməti ilə danışıqlar aparılmaqdadır”, - deyə XİN rəsmisi vurğulayıb.

Xatırladaq ki, Çində yeni növ koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb. 106 nəfər xəstəlikdən ölüb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri