15 
Fev
2020
13:13
114
26
1616
Virtual karabakh

Azərbaycan səfiri Çindən təxliyyə olunan həmyerlilərimizlə görüşüb

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Çindən Türkiyə Ordusuna məxsus təyyarə ilə təxliyyə olunmuş altı Azərbaycan vətəndaşı ilə görüşüb.

Report xəbər verir ki, iki həftədir Türkiyə ərazisində karantində olan azərbaycanlılar bu gün təyyarə ilə Bakıya yola düşəcəklər.

Azərbaycan Tanıtım Evində keçirilən görüşdə həmin vətəndaşlar Uhan şəhərindən çıxarıldıqları, bütövlükdə Çindəki koronavirusla bağlı vəziyyət barədə səfirə məlumat veriblər.

Daha sonra Heydər Əliyev Parkında ulu öndərin xatirəsini yad edən vətəndaşlarımız Anıtqəbirdə Atatürkün xatirəsini anıb, sonra isə Məhəmmədəmin Rəsulzadənin məzarını da ziyarət ediblər.

Ötən gün Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Uhandan təxliyyə olunmuş şəxslərin karantin müddətinin başa çatdığını, onların heç birində koronavirusun aşkarlanmadığını açıqlamışdı.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri