17 
İyl
2020
13:17
640
27
7508
Virtual karabakh

General Quram Nikolaişvili ermənilər barədə: “Sabah deyəcəklər ki, Axalkalaki onlara məxsusdur?” – MÜSAHİBƏ

17 İyl, 2020
13:17
7508

General Quram Nikolaişvili ermənilər barədə: “Sabah deyəcəklər ki, Axalkalaki onlara məxsusdur?” – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın Tovuz rayonu istiqamətində Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgin olaraq qalmaqdadır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən Azərbaycan mövqelərinə hücum cəhdi edib, kəndlər atəşə tutulub. Daha əvvəl Oxu.Az-ın Tovuz rayonuna ezam olunmuş müxbirinin məlumat verdiyi kimi, Ermənistan hərbçilərinin məqsədi Gəncədən “Qırmızı Körpü” nəzarət-buraxılış məntəqəsinə qədər uzanan strateji yolu idarə etməyə imkan verən Qaraqaya postu olub.

Bu gün Media.Az ilə söhbətində gürcü hərbi mütəxəssis, istefada olan general-leytenant Quram Nikolaişvili Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrə münasibətini bildirib.

- Vəziyyət gərgin olaraq qalır. Həmkarlarımız sərhəddə olublar. Məlum olub ki, erməni qoşunlarının hücumunun əsas hədəfi hətta Gürcüstan-Azərbaycan sərhədinə də nəzarət etmək imkanı verən Qaraqaya postudur...

- Bilirsiniz, mən özüm də soruşmaq istərdim: Ermənistan tərəfinin bu cür hərbi aktivliyinin səbəbi nədir? Bakıda nə düşünürlər?

- Aydındır ki, İrəvan KTMT-ni münaqişəyə cəlb etməyə cəhd etdi...

- Düşünürəm ki, ermənilərin münaqişə zonası, təmas xətti olmayan bölgəyə hücum cəhdi hansısa siyasi məqsəd daşıyır. Burada KTMT amili vacibdir. Ancaq təşkilat qarışmadı və bu da düzgündür. Əlbəttə ki, Ermənistan həmişə olduğu kimi, Azərbaycanı günahlandıracaq.

Cənubi Qafqazda nizamı biz yaratmalıyıq: gürcülər, azərbaycanlılar və ermənilər. Biz sülh qurmalıyıq. Qonşulara ümid etmək lazım deyil. Cənubi Qafqaz vahid bir sistem olaraq bütün dünya üçün maraqlıdır. Fərdi olaraq isə biz o qədər də maraqlı deyilik. Münaqişələr məsələsini həll etməyin vaxtı çoxdan gəlib. Ermənistan Azərbaycan və Gürcüstanla qonşuluqdan heç yana getməyəcək. Ən əsası, dövlətlərin ərazi bütövlüyü ön plana çəkilməlidir, bu, hətta müzakirə edilməməlidir.

Məsələn, ABŞ və Rusiyadakı erməni diasporu kimi bir çox qüvvələr var ki, suyu bulandırır, məsələnin həllinə əngəl törədir. Biz başa düşürük ki, Azərbaycan öz ərazilərini verməyəcək, lakin Ermənistan da onları daim saxlaya bilməyəcək. Bakının insan resursları üç dəfə artıqdır, iqtisadi üstünlük, neft, dəniz və beynəlxalq nüfuz var.

Ermənistanda işə hər şey daha çətindir. Türkiyə ilə çətinlik, Tbilisi ilə gərginlik. Axı erməni tərəfi Gürcüstanın ərazi bütövlüyünü dəstəkləmir. Belə olan halda biz Yerevanla ümumi - Qafqaz evimizi necə bölə bilərik? Sabah Axalkalakinin onlara aid olduğunu və ya başqa nəsə deyəcəklər.

Abxaziyada 60 mindən artıq erməni yaşayır. Ermənistan Abxaziya uğrunda müharibəyə görə bir çoxlarını mükafata layiq görüb. Bunların hamısı Gürcüstana qarşı yönəlmiş hərəkətlərdir. Bir çox ermənilər Gürcüstana dəstək versələr də, dəyişdirilməli olan ümumi tendensiya dəyişmir.

Bu yaxınlarda Ermənistanla Azərbaycanın sərhədindəki gərginləşmədə məqsəd nədir? Danışıqları pozmaq? Müharibəyə başlamaq? Bunu aydınlaşdırmaq lazımdır.

- Ermənistan Silahlı Qüvvələrinin hücum etdiyi Qaraqaya postu barədə suala qayıdaq...

- Siz hər şeyi çox gözəl başa düşürsünüz. Bu yüksəklik, bu post Ermənistandakı yollara da nəzarət etməyə imkan verir. Ermənistanda bu, yumşaq desək, “narahatlığa” səbəb olur. Bəs Ermənistan bu postu ələ keçirə biləcəkmi? Baxın, Ermənistanda koronavirus tüğyan edir, erməni tərəfi əsgərini kazarmada saxlaya bilmir. Qüvvə cəhətdən üstünlüyə də nail ola bilmir. Odur ki, təkrar edirəm, bu vəziyyət siyasi məqsədlərdən irəli gəlir. Bu münaqişə Ermənistana heç nə verə bilməz, bu sadəcə Yerevan tərəfindən düşünülməmiş avantüradır. Əgər Azərbaycan əks-hücuma keçsə, hətta Gürcüstanla Ermənistan arasındakı yolu, ümumiyyətlə, bağlaya da bilər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri