26 
Sen
2020
14:20
309
31
2267
Virtual karabakh

Ceyhun Bayramov Ukraynaya başsağlığı verdi

26 Sen, 2020
14:20
2267

Ceyhun Bayramov Ukraynaya başsağlığı verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov hərbi təyyarə qəzasında həyatını itirənlərlə bağlı Ukrayna dövlətinə başsağlığı verib.

Bu barədə Bayramov “Twitter” səhifəsində yazıb.

“Xarkovda faciəvi hərbi təyyarə qəzasında həlak olanlarla bağlı dərin təəssüf hissi keçiririk. Həyatını itirənlərin ailələrinə başsağlığı veririk. Yaralılara tezliklə sağalmalarını arzu edirik. Ukrayna hökumətinə və xalqına dəstək və həmrəyliyimizi bildiririk”, - deyə mətndə qeyd olunur.

Xatırladaq ki, ötən gecə Ukraynanın Xarkov şəhərində hərbi təyyarənin qəzaya uğraması nəticəsində 26 nəfər həyatını itirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri