17 
Okt
2020
10:52
1607
48
15739
Virtual karabakh

Ali Baş Komandan atəşkəsin yeganə şərtini açıqladı

17 Okt, 2020
10:52
15739

Ali Baş Komandan atəşkəsin yeganə şərtini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ötən gün və bu gecə ordumuz Cəbrayıl istiqamətində uğurlu əməliyyatlar keçirib. Strateji yüksəkliklər götürülüb”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AzTV telekanalı vasitəsilə xalqa müraciətində deyib.

O bildirib ki, düşmən Cəbrayılı da təslim etmək istəmirdi, amma bu gün Azərbaycan ordusu ard-arda uğurlar qazanır:

“Azərbaycan ordusu Cəbrayıl istiqamətində uğurlu əməliyyatlarla strateji yüksəklikləri tutub. Mən hadisələri qabaqlamaq istəmirəm. Bu barədə hələlik ətraflı məlumat vermək istəmirəm.

Sadəcə demək istəyirəm ki, Azərbaycan xalqının qarşısında heç kim dura bilməz. Bizim ərazi bütövlüyümüz bərpa edilir və ediləcək. Hər kəs bilsin ki, bizim qarşısımızda heç kim dayana bilməz. Yırtıcı Ermənistan bizim torpaqlarımızdan çıxdıqdan sonra atəşkəs elan edilə bilər”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri