21 
Okt
2020
13:15
884
28
5535
Virtual karabakh

YAP valideynlərini itirən uşaqlara təqaüd ayırdı - RƏSMİ

“Ermənistanın törətdiyi terror hadisəsi onların iç üzünü göstərdi. Bizim qarşımızda duran vəzifə də ondan ibarətdir ki, dünyaya erməni xislətini olduğu kimi göstərək”.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Baş nazirin müavini Əli Əhmədov bu gün Gəncədə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, “erməni siyasətçilərinin maskası” artıq yırtılır:

“Yeni Azərbaycan Partiyası dünyanın bir çox ölkələrinin partiyaları ilə əməkdaşlıq edir və Gəncə hadisələri ilə bağlı məqamlar da onlara çatdırılır”.

“Gəncədə terror hadisələri zamanı zərər çəkmiş ailələrə yardım göstəriləcək. Valideynlərini itirmiş uşaqların hər birinə YAP tərəfindən gələn aydan etibarən 300 manat müqabilində təqaüd təyin edilib. Bu, həmin uşaqlar böyüyənə qədər davam edəcək”, - deyə Ə.Əhmədov əlavə edib.

Fərdin İsazadə

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri