23 
Okt
2020
20:07
1346
118
3879
Virtual karabakh

Seyid Abbas Musəvi: “İran əhalisi azərbaycanlı qardaş və bacılarının sevincinə şərikdir” - FOTO

23 Okt, 2020
20:07
3879

Seyid Abbas Musəvi: “İran əhalisi azərbaycanlı qardaş və bacılarının sevincinə şərikdir” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Azərbaycanın İranla dövlət sərhədinə nəzarəti tamamilə bərpa etməsi münasibətilə dövlət başçısı İlham Əliyevi təbrik edib.

Bu barədə səfir “Twitter” hesabında yazıb.

“Cənab Prezident! 760 kilometrlik İran və Azərbaycan ümumi sərhədi bədniyyətlilərin iştirakı və müdaxiləsi olmadan hər iki ölkənin xalqları üçün dostluq, sülh və təhlükəsizlik sərhədi olaraq qalacaq. İran xalqı azərbaycanlı qardaş və bacılarının sevincinə sevinir”, - deyə A.Musəvi bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri