Dek
2020
12:55
431
43
1461
Virtual karabakh

Rusiyalı səfir: “Azərbaycan Dağlıq Qarabağda xristian ziyarətgahlarının mühafizəsini təmin edə biləcək”

1 Dek, 2020
12:55
1461

Rusiyalı səfir: “Azərbaycan Dağlıq Qarabağda xristian ziyarətgahlarının mühafizəsini təmin edə biləcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dağlıq Qarabağda xristian ziyarətgahlarının mühafizəsini təmin edə biləcək.

TASS-ın verdiyi məlumata görə, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bu məsələ ilə bağlı danışıb.

“Məsələn, noyabrın 23-də Ağdamdakı məscidi ziyarəti zamanı o, ölkədəki bütün tarixi abidələrin, o cümlədən Azərbaycanın nəzarətinə keçən ərazilərdəki erməni, alban, pravoslav kilsələrinin və monastırların dövlət tərəfindən qorunduğunu bildirdi. Noyabrın 25-də Kəlbəcərin azad edilməsi münasibətilə xalqa televiziya müraciətində də o, xristian abidələrinin Azərbaycanın dövlət himayəsində olan tarixi və mədəni irs olduğunu təkrarladı”.

Səfirin sözlərinə görə, bunlar ən son nümunələrdir.

“Bu açıqlamalardan əvvəl İlham Əliyevlə Vladimir Putin arasında noyabrın 14-də telefon danışığı olub. Bu görüşdə Azərbaycan Prezidenti, üçtərəfli bəyanata uyğun olaraq Azərbaycana qaytarılmış ərazilərdəki xristian ziyarətgahlarının mühafizəsinə və normal fəaliyyətinə zəmanət verdi”, - deyə diplomat əlavə edib.

O, bunun praktikada da belə olacağına əminliyini bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri