13 
Yan
2021
14:29
1041
47
9101
Virtual karabakh

ICESCO-nun Baş direktorundan İlham Əliyevə Qələbə hədiyyəsi - YENİLƏNİB + FOTO/VİDEO

13 Yan, 2021
14:29
9101

ICESCO-nun Baş direktorundan İlham Əliyevə Qələbə hədiyyəsi - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Qələbə münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyəsini təqdim edib. 

Hədiyyəni təqdim edən zaman Salim bin Məhəmməd əl-Malik qılıncın tarixi və üzərindəki yazılarla bağlı geniş məlumat verib.

Salim bin Məhəmməd əl-Malik: “Bu, Qələbəni əks etdirir. Burada Bismillahir Rəhmanir Rəhim deyilir. Burada deyilir ki, biz Qələbəni qeyd edirik və burada Allahın Məhəmməd peyğəmbərə kəlamları var”.

Prezident İlham Əliyev: “Çox sağ olun”.

Salim bin Məhəmməd əl-Malik: “Burada Zati-aliləri Prezident İlham Əliyev üçün yazılıb, Dağlıq Qarabağda Qələbəni qeyd edirik, bu, bizim loqodur. Zati-aliləri, bu qılıncın 100-dən çox yaşı var”.

Prezident İlham Əliyev: “Çox sağ olun. Bizim Qələbənin rəmzi dəmir yumruq idi, artıq bizdə qılınc var. Təşəkkür edirəm”.

13:02

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Qələbə münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyəsini təqdim edib. 

Bununla bağlı AZƏRTAC məlumat və fotolar yayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri