26 
Yan
2021
10:57
266
22
6366
Virtual karabakh

Prezidentin köməkçisi Qarabağda müharibənin başlamasından DANIŞDI: “Dedik ki, artıq kifayətdir” - VİDEO

26 Yan, 2021
10:57
6366

Prezidentin köməkçisi Qarabağda müharibənin başlamasından DANIŞDI: “Dedik ki, artıq kifayətdir” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın torpaqları işğaldan azad etmək üçün əks-hücum əməliyyatları keçirməsinin səbəblərini açıqlayıb.

Oxu.Az-ın xəbərinə görə, H.Hacıyev Atlantik Şurası Avrasiya Mərkəzinə müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutan danışığı (2018-ci ilin sentyabrın 28-də) xatırladıb.

O bildirib ki, Azərbaycan həmin dövrlərdə bir daha konstruktivlik və strateji səbir nümayiş etdirib.

“Azərbaycan tərəfi lazımi şərait yaratdı ki, tərəflər münaqişəni sülh yolu ilə həll etsinlər, amma təəssüf ki, bu baş vermədi” - deyən H.Hacıyev əlavə edib ki, əksinə, bundan sonra Ermənistan hakimiyyəti təxribatçı açıqlamalar verdi.

“Baş nazir Paşinyan Dağlıq Qarabağa getdi, orada “Qarabağ Ermənistandır və nöqtə” dedi. Daha sonra isə Ermənistanın müdafiə naziri (David Tonoyanı nəzərdə tutur) ABŞ-a səfəri zamanı “Yeni ərazilər üçün yeni müharibə” doktrinasını elan etdi”.

H.Hacıyev Ermənistanın daha sonra – 2020-ci ilin iyulunda Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlara əl atdığını diqqətə çatdırıb.

“Bundan sonra danışıqlar prosesində yaranan durğunluq və situasiyanın eskalasiya istiqamətində dəyişməsi, sentyabrın 27-də isə Ermənistanın Azərbaycanın mülki əhalisini atəşə tutmasından sonra biz dedik ki, artıq kifayətdir”.

Onun sözlərinə görə, Azərbaycan Ermənistanı danışıqlar masasına qaytarmaq, Azərbaycanın mülki əhalisinin təhlükəsizliyini təmin etmək və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün hərbi əməliyyatlar keçirməyə məcbur oldu.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri