19 
Apr
2021
15:12
159
67
2478
Virtual karabakh

Səməd Seyidov AŞPA-nı ittiham etdi

19 Apr, 2021
15:12
2478

Səməd Seyidov AŞPA-nı ittiham etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“AŞPA-da Azərbaycanla Ermənistan arasında sülhün yaranmasına zərər vurmağa çalışanlar var”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun bu gün öz işinə başlayan yaz sessiyasında çıxışı zamanı bildirib.

“Biz AŞPA səviyyəsində ölkələrlə dialoq qurmalıyıq. Yəni ölkələrdən yox, ölkələrlə danışmalıyıq. AŞPA-da bəzi mövzuları müzakirə etməklə səhv istiqamətləndirmək cəhdləri var. Erməni "hərbi əsirlər"lə bağlı məsələni, bu mövzunun detallarını bilmədən AŞPA-da müzakirəyə çıxarmaq cəhdi yalnız iki ölkə arasındakı sülh prosesinə zərər gətirə bilər”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri