19 
Apr
2021
16:57
246
7
1455
Virtual karabakh

Türkiyə “Metsamor”dakı AES-in fəaliyyəti ilə bağlı erməni tərəfi ilə deyil, Rusiya ilə danışacaq

Erməni qaçaqmalçıları dəfələrlə radioaktiv materialları qonşu ölkələrə, hətta Avropa ölkələrinə keçirməyə cəhd göstəriblər.

Türkiyə də bu siyahıda istisna deyil. Hələ 2000-ci illərin ortalarından etibarən Gürcüstan-Türkiyə sərhədində radioaktiv yükləri keçirməyə cəhd göstərən Ermənistan respublikasının vətəndaşları saxlanılıb.

Məsələn, 2007-ci ildə sərhəd polisi və Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Baş İdarəsinin Xüsusi Əməliyyat Mərkəzinin əməkdaşlarının birgə əməliyyatı nəticəsində bir neçə Ermənistan vətəndaşı “Sarpi” sərhəd-keçid məntəqəsində (Gürcüstan-Türkiyə sərhədi) saxlanılıb.

Onlar Türkiyəyə qaçaqmalçılıq yolu ilə 2,04 qram radioaktiv maddə -  lourensiumu keçirməyə cəhd göstəriblər.

Bu barədə Rusiyanın erməni yönümlü “Regnum” xəbər agentliyi məlumat verib.

Türkiyəli gömrükçülər sonrakı illərdə də nüvə silahı istehsalında istifadə olunan radioaktiv maddələri ələ keçirib.

“Aydın məsələdir ki, radioaktiv qaçaqmalçılığın mənbəyi köhnəlmiş, özü özlüyündə təhlükə saçan və bütün bölgə üçün təhlükə yaradan “Metsamor” atom elektrik stansiyasıdır”.

Bu sözləri İstanbulda yaşayan politoloq Ramiyə Məmmədova Caliber.Az-a açıqlamasında deyib.

“Ötən il “Metsamor” AES mövzusu, onun Türkiyəyə təhlükə törətməsi, Türkiyə mətbuatında aktiv şəkildə işıqlandırılırdı. İndi bu barədə daha az yazılır və danışılır. Səbəbi məlumdur - koronavirus. Ölkə ictimaiyyətini ən çox narahat edən məsələ COVID-19-la bağlı vəziyyətdir. Ölkədaxili siyasi məsələlər də var. Ancaq Ermənistandakı AES-lə  bağlı məsələ istənilən halda aktualdır. Orada bir şey olarsa, radiasiya Türkiyəni də əhatə edəcəkdir. Əlbəttə ki, radioaktiv materialların qaçaqmalçılığı da ayrı bir məsələdir”, - deyə politoloq Ramiyə Məmmədova qeyd edib.

Həmsöhbətimizin sözlərinə görə, Türkiyədə “Metsamor”dakı nüvə stansiyasının qısa müddətdə bağlanması barədə qəti mövqe mövcuddur.  

“Başa düşmək lazımdır ki, bu stansiyada təkcə böyük ehtimalla radioaktiv materialların qaçaqmalçılığı ilə məşğul olan Ermənistan vətəndaşları işləmir, orada həmçinin Rusiyadan da olan mütəxəssislər var. Türkiyə “Metsamor”dakı AES-in fəaliyyəti ilə əlaqədar erməni tərəfi ilə deyil, Rusiya ilə danışacaq. Ermənistanla heç kim heç nəyi həll etməyəcək, bunun mənası yoxdur. İrəvandakıların nə düşünməsindən asılı olmayaraq, hər şey Moskva ilə müzakirə ediləcək”, - R. Məmmədova vurğuladı.

Yeri gəlmişkən, Türkiyə Ermənistanın “çirkli atom bombası” yarada biləcəyini və ümumiyyətlə bu ölkənin “nüvə gücünə” sahib olduğunu açıq şəkildə söyləyən müxtəlif erməni mütəxəssislərinin təhdidlərinə əhəmiyyət verdimi?

Bəli, biz burada belə ifadələr eşitdik. Razılaşın ki, bu, sadəcə olaraq gülməlidir. Aydındır ki, müharibədəki məğlubiyyətdən sonra erməni lobbisi hər yolla Ermənistanın və erməni amilinin əhəmiyyətini artırmağa çalışır. Ancaq bunu etməklə özlərinə pislik etmiş olurlar. Türkiyə və digər qonşu ölkələr buna mütləq reaksiya göstərəcəklər. Ankara Ermənistandakı vəziyyətə nəzarət tələb edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri