28 
İyl
2021
13:05
145
17
2028
Virtual karabakh

“Azərbaycanın xarici siyasəti Serbiya üçün yaxşı dərsdir” - Belqraddan MÜSAHİBƏ

28 İyl, 2021
13:05
2028

“Azərbaycanın xarici siyasəti Serbiya üçün yaxşı dərsdir” - Belqraddan MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabr ayında Belqradda hazırda Azərbaycanın rəhbərlik etdiyi Qoşulmama Hərəkatının (QH) ilk konfransının 60 illiyi münasibətilə bayram tədbiri keçiriləcək. QH - bir təşkilat olaraq 1961-ci ildə Belqraddakı bir konfransda elan olunub. Artıq Yuqoslaviya yoxdur və Serbiya bu təşkilatda müşahidəçidir. Ancaq QH payız müharibəsi zamanı BMT-nin anti-Azərbaycan qətnaməsinə qarşı çıxaraq Azərbaycanı dəstəkləyib.

Serbiyalı politoloq, Belqrad Beynəlxalq İctimai Siyasət Mərkəzinin icraçı direktoru Mişel Zubenitsa Caliber.Az-a verdiyi müsahibəsində Serbiya ilə Azərbaycan arasındakı münasibətləri şərh edib.

Politoloq iki ölkənin xarici siyasət kursunun oxşar olduğunu bildirib.

“Serbiya heç bir hərbi-siyasi alyansa qoşulmur, bitərəf ölkədir və Azərbaycan kimi müstəqil siyasət aparır”, - deyə o, vurğulayıb.

Politoloq inandığını bildirib ki, Serbiya Azərbaycanın təcrübəsini öyrənə bilər.

“Azərbaycan kimi bir ölkənin Qarabağ uğrunda müharibəni qazanmağın mümkün olduğunu necə göstərdiyini, həmçinin milli maraqları qurban vermədən Rusiya, ABŞ, Avropa Birliyi kimi dünya güc mərkəzləri ilə yaxşı münasibətləri necə qurduğunu təhlil etmək çox vacibdir”, - deyə müsahib bildirib.

O, Serbiyanın Bakı kimi balanslı siyasət yürütmək istədiyini qeyd edib.

“Bu, vurğulayım ki, Belqrad üçün yaxşı dərsdir”, - deyə Mişel Zubenitsa sözlərini yekunlaşdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri