15 
Okt
2021
13:40
732
28
3323
Virtual karabakh

Prezident: “Azərbaycan İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb” - VİDEO

15 Okt, 2021
13:40
3323

Prezident: “Azərbaycan İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb”.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan 30 il Ermənistanın nəzarəti altında olmuş İran ilə dövlət sərhədinin 130 kilometrlik hissəsində nəzarəti bərpa edəndən sonra keçən bir il ərzində Azərbaycanın Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb.

“Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu o deməkdir ki, Ermənistan təqribən 30 il müddətində İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib”, - deyə Azərbaycan Prezidenti bildirib.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri