Dek
2021
17:28
383
185
2775
Virtual karabakh

Ərəb ölkələrinin KİV-lərində Mehriban Əliyeva haqqında məqalə gündəm olub - FOTO

4 Dek, 2021
17:28
2775

Ərəb ölkələrinin KİV-lərində Mehriban Əliyeva haqqında məqalə gündəm olub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şərqşünas Həşim Məmmədovun Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında məqaləsi ərəb ölkələrinin KİV-lərində gündəm olub.

Belə ki, Həşim Məmmədovun “Mehriban Əliyeva: Avrasiyanın nadir şəxsiyyəti” adlı məqaləsi Misir (elalmelarby.com, alqraralaraby.com, aldiplomasy.com, almsaey.akhbarelyom.com), İordaniya (alanbatnews.net, nayrouz.com, shaabnews.co), Mərakeş (alqalamlhor.com) və Əlcəzair (dzayerinfo.com) saytlarında dərc olunub. 

Müəllif yazıda qeyd edib ki, Mehriban Əliyeva azərbaycanlılar üçün fenomenal şəxsiyyətdir:

“İstər Birinci vitse-prezident kimi fəaliyyətində, istər həyata keçirdiyi sosial layihələrdə, istər təşkilatçılıqda Mehriban Əliyeva həmişə uğurlu olur. Onun bu uğurunun sirri isə bütün fəaliyyətində insan faktorunun ön planda olmasıdır.

Mehriban Əliyeva uğurlu diplomatdır, vətəndaşların daim yanında olan şəxsdir, mədəniyyətin qoruyucusu, təbliğatçısıdır, vətəninin dünyada tanıdılması üçün nəhəng layihələrin təşəbbüskarı və müəllifidir. Mehriban Əliyevanı fenomenal edən xüsusiyyətləri saysız-hesabsızdır.

Lakin onun fəaliyyəti təkcə Azərbaycanın sərhədləri ilə məhdudlaşmır, əksinə, bir çox hallarda Azərbaycanı məhz Mehriban Əliyevanın gördüyü işlərlə dünyada tanıyırlar”.

Məqalədə bildirilir ki, Mehriban Əliyeva fəaliyyəti boyunca həmişə öz sadəliyi, eləcə də dəqiq və səlisliyi ilə seçilib:

“İnam həyatın bütün sahələrində əsas amildir, siyasətdə isə onsuz nəyəsə nail olmaq çətindir. Lakin hər bir siyasətçi bunu qazanmalı, öz əməli ilə əldə etməlidir. Mehriban Əliyeva bu inamı Azərbaycan naminə, Azərbaycan insanının yaxşı yaşaması və xoşbəxt gələcəyə sahib olması naminə Prezident İlham Əliyevlə çiyin-çiyinə addımlayarkən qazanıb.

Mehriban Əliyevanın fəaliyyətinə, gördüyü işlərin kiçik bir qisminə nəzər saldıqda hər şey əyani şəkildə ortaya çıxır”.

Yazıda Heydər Əliyev Fondunun Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycan tarixinin, mədəniyyətinin qorunmasını, xaricdə təbliğ edilməsi, həmçinin ölkənin müxtəlif sferalarında həyata keçirdiyi layihələr haqqında məlumat verilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri