Apr
2022
10:22
69
16
949
Virtual karabakh

Nazirlikdə reinteqrasiya üzrə beynəlxalq məsləhətçi ilə görüş olub - FOTO

7 Apr, 2022
10:22
949

Nazirlikdə reinteqrasiya üzrə beynəlxalq məsləhətçi ilə görüş olub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində himayədar ailə, reinteqrasiya üzrə beynəlxalq məsləhətçi Hyu Salmon ilə görüş olub.

Nazirlikdən verilən məlumata görə, ölkəmizdə himayədar ailə institutunun tətbiqinə hazırlıq işlərindən bəhs edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bu sahədə qabaqcıl dünya təcrübəsinin öyrənilməsinə mühüm önəm verildiyini vurğulayıb. 

“Himayədar ailə” qayğı modelinin uşaqlara qayğı sisteminin dünyada geniş yayılmış nümunələrindən olduğu qeyd edilib. Həmin modelin uşaqların ailə mühitində yaşamalarına və inkişafına şərait yaratdığı diqqətə çatdırılıb. Bu sahədə Türkiyə təcrübəsinin öyrənildiyi də bildirilib.

H.Salmon tərəfindən müvafiq sahələrdə çalışan əməkdaşlara reinteqrasiya, “gatekeeping”, himayədar ailə üzrə müvafiq mütəxəssis konsultasiyaları verilməsi nəzərdə tutulub. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri