19 
May
2022
20:04
471
46
8524
Virtual karabakh

Prezident FƏRMAN imzaladı

19 May, 2022
20:04
8524

Prezident FƏRMAN imzaladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi barədə”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə” fərmanlara dəyişiklik edilib.

Bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

“Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 13.2-ci bəndinin ikinci abzasına “sağlamlaşdırılması,” sözündən sonra “sahibkarlığa dövlət köməyinin, o cümlədən” sözləri və “mühafizəsi,” sözündən sonra “dövlət əmlakının satıcısının maddi-texniki bazasının möhkəmləndirilməsi,” sözləri əlavə edilib.

Həmçinin, “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydaları”nda dəyişikliklər edilib.

Belə ki, qanunun 8-ci hissəsinə “dövlət əmlakının” sözlərindən əvvəl “Bu Qaydaların 9-cu hissəsi nəzərə alınmaqla,” sözləri əlavə edilib

9-cu hissədə “maliyyələşdirilməsi,” sözü “, o cümlədən özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, dövlət əmlakının satıcısının maddi-texniki bazasının möhkəmləndirilməsi,” sözləri ilə əvəz edilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri