20 
May
2022
11:35
22
69
597
Virtual karabakh

Beynəlxalq ekspert: “İşğaldan sonra əraziləri bərpa etmək asan iş deyil”

20 May, 2022
11:35
597

Beynəlxalq ekspert: “İşğaldan sonra əraziləri bərpa etmək asan iş deyil”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İşğaldan sonra əraziləri bərpa etmək elə də asan iş deyil. Sahəsi Livan ərazisinə bərabər bir bölgənin bərpası digər ölkələr üçün də yaxşı nümunə olacaq”.

“Report” xəbər verir ki, bunu mədəni irs üzrə beynəlxalq ekspert Alessandro Byanki “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Hazırda sahəsi Livan ərazisinə bərabər bir bölgədəyik. Bu ərazi demək olar ki, tamamilə dağıdılıb”, - A.Byanki bildirib.

O, yenidənqurma prosesində mədəni irsin və tarixi yaddaşın saxlanılmasının vacibliyini vurğulayıb.

Ekspert nümunə kimi bombalardan qorunmaq üçün sığınacaqların saxlanıldığı Berlini misal göstərib:

“Buna tarixi yaddaşın saxlanılması deyilir”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri