20 
May
2022
17:52
103
25
850
Virtual karabakh

ICESCO-nun Bakıda regional ofisinin yerləşməsi haqqında Saziş imzalanıb

20 May, 2022
17:52
850

ICESCO-nun Bakıda regional ofisinin yerləşməsi haqqında Saziş imzalanıb

Mayın 20-də mədəniyyət naziri Anar Kərimov ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb.

Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, nazir qonağı salamlayaraq Şuşada keçirilən “Postmünaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransda iştirakına görə minnətdarlığını bildirib.

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki də öz növbəsində dəvət üçün mədəniyyət nazirinə dərin təşəkkürünü bildirərək, Azərbaycanla ICESCO arasında münasibətlərin davamlı olaraq inkişaf etdiyini, əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.
Tərəflər ICESCO-nun islam dünyasının birliyi və həmrəyliyi yolunda verdiyi töhfələrin önəmini vurğulayıblar. Anar Kərimov Baş Katibin tarixi zəfərimizdən sonra Qarabağ ərazisinə səfərini yüksək dəyərləndirdiyini nəzərə çatdırıb. Həmçinin Şuşanın 2023-cü ildə Türk dünyasının paytaxtı elan olunmasının tarixi hadisə olduğunu vurğulayıb.

Sonda Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında ICESCO-nun Bakı şəhərində regional ofisinin yerləşməsi haqqında Saziş imzalanıb. Sazişə əsasən ICESCO təşkilatın regional ofisini Bakı şəhərində yerləşdirməklə ICESCO və onun üzv dövlətləri arasındakı münasibətləri gücləndirmək və əməkdaşlıq əlaqələrini möhkəmləndirmək əhəmiyyətini daşıyacaq.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri