28 
May
2022
16:33
323
27
828
Virtual karabakh

Prezident: “İkinci Qarabağ savaşında məşhur “Bayraktar”ların rolunu indi dünyada bilməyən yoxdur”

28 May, 2022
16:33
828

Prezident: “İkinci Qarabağ savaşında məşhur “Bayraktar”ların rolunu indi dünyada bilməyən yoxdur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün eyni zamanda, Səlcuq Bayraktarı səmimiyyətlə salamlamaq istəyirəm. Səlcuq bəy nəinki “TEKNOFEST”in təşkilatçısı və təşəbbüskarıdır, Səlcuq bəy və Bayraktarlar ailəsi dünyada çox məşhur bir ailədir”.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında deyib.

Dövlət başçısı bildirib ki, İkinci Qarabağ savaşında məşhur “Bayraktar” PUA-larının rolunu indi dünyada bilməyən yoxdur.

“Səlcuq bəy dünən Şuşada idi. Əminəm ki, Şuşada olarkən bir daha gördü ki, Azərbaycan və Türkiyə istənilən qarşıda duran vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Xalqlarımız fədakarcasına öz milli qürurunu müdafiə etmək üçün, təmin etmək üçün hər zaman hər bir addıma hazırdır. Və gənclər üçün Səlcuq bəy də gözəl örnəkdir, nümunədir. Əminəm ki, bizim gənclərimiz Səlcuq bəy kimi olmağa çalışacaqlar”, - Prezident İlham Əliyev vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri