14 
İyn
2022
19:44
432
43
2217
Virtual karabakh

Prezident: “Siz bu qələbəni halal zəhmətinizlə qazanmısınız” - VİDEO

14 İyn, 2022
19:44
2217

Prezident: “Siz bu qələbəni halal zəhmətinizlə qazanmısınız” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dövlət tərəfindən bütün şərait yaradılıb və idmanın inkişafı ilə bağlı heç bir maneə yoxdur, əksinə dövlət dəstəyi daim göstərilir. Ancaq minifutbol idman növünə gəldikdə, bizim üçün bu, nisbətən yeni idman növü olduğuna görə bu sahədəki nailiyyətləri siz özünüz qazanmısınız”.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Avropa çempionu olmuş minifutbol üzrə milli komandamızı qəbul edərkən bildirib.

Ölkə başçısı qeyd edib:

“Mən deyə bilmərəm ki, minifutbolçular üçün hansısa xüsusi şərait yaradılmışdır, yaxud da ki, xaricdən tanınmış mütəxəssislər, məşqçilər, legionerlər dəvət edilmişdir, yox, bunların heç biri olmayıb. Ona görə sizin qələbəniz çox böyük qiymətə layiqdir. Bu qələbəni siz özünüz qazanmısınız, əlbəttə ki, federasiya və idman mütəxəssisləri, məşqçilər və oyunçular, idmançılar, - komanda deyəndə mən bunu nəzərdə tuturam, - siz bu qələbəni halal zəhmətinizlə qazanmısınız”.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri