28 
İyn
2022
18:36
103
37
761
Virtual karabakh

İƏT Azərbaycanın həyata keçirdiyi quruculuq işlərini yüksək qiymətləndirir - VİDEO

28 İyn, 2022
18:36
761

İƏT Azərbaycanın həyata keçirdiyi quruculuq işlərini yüksək qiymətləndirir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ötən il işğaldan azad edilmiş əraziləri ziyarət etdim. Öz gözlərimizlə dağıntıların şahidi olduq. Həqiqətən ürəkağrıdıcı mənzərə idi”.

Bunu İslam Əməkdaşlığı Təşkilatının baş katibinin müavini Əhməd Sengendo jurnalistlərə açıqlamasında deyib.

O, həmin dağıntıların oranın turizm potensialına da böyük təsir göstərdiyini bildirib:

“Lakin qısa zaman ərzində aparılan quruculuq işlərinin də şahidi olduq. Ümid edirəm ki, dağıdılmış məscidlər, tarixi-mədəni abidələr qısa zamanda bərpa ediləcək. Bütün bunlar, heç şübhəsiz, turizm baxımından ölkə iqtisadiyyatına müsbət təsirini verəcək. İƏT olaraq biz də Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləmişik. Aparılan quruculuq işləri müsəlman ölkələri tərəfindən də təqdir edilir”.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri