İyl
2022
19:00
46
309
4085
Virtual karabakh

Fuad Muradov Prezidentin onu təltif etməsindən danışıb - FOTO

4 İyl, 2022
19:00
4085

Fuad Muradov Prezidentin onu təltif etməsindən danışıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 

Fuad Muradov təltif barəsində fikirlərini öz “Twitter” hesabında paylaşıb.

O, Prezident İlham Əliyeva təşəkkürünü bildirib. 

“Cənab Prezidentin Sərəncamı ilə Komitə əməkdaşlarının yüksək mükafatlarla təltif olunması dövlətimizin diaspor siyasətini həyata keçirən Komitənin fəaliyyətinə verilən ən yüksək dəyərdir. Bu diqqət və etimada görə Cənab Prezidentə təşəkkür edirik”, – deyə komitə sədri qeyd edib.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri