16 
Fev
2015
15:13
5
38
2080
Virtual karabakh

Putinin səlahiyyətli nümayəndəsi: Permyakov mərkəzi Filadelfiyada yerləşən sektanın üzvüdür

16 Fev, 2015
15:13
2080

Putinin səlahiyyətli nümayəndəsi: Permyakov mərkəzi Filadelfiyada yerləşən sektanın üzvüdür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rusiya günahkar deyil”.

Azərbaycan xaricdən maliyyələşdirilən QHT-yə nəzarətə dair düzgün qərar qəbul edib. Bakıda bu təşkilatların niyyətlərinin nə olacağını yaxşı başa düşürlər. Nəzarət labüddür.

Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu fikri Bakıda bugünkü mətbuat konfransında Rusiya Federasiyası prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, RF İctimai Palatasının üzvü, nüfuzlu Rusiya politoloqu Sergey Markov bildirib.

Sergey Markov qeyd edib ki, Rusiya Azərbaycanın AŞPA-da qərarını çox pozitiv qəbul edib. Azərbaycan nümayəndə heyəti Rusiya heyətinin bu təşkilatda səsinin ləğv edilməsinə qarşı çıxıb.

“Rusiyada bunu qiymətləndiriblər”, - o əmin edib.

Putinin səlahiyyətli nümayəndəsi Rusiyanın Qarabağ münaqişəsində mövqeyindən danışdıqda qeyd edib ki, Azərbaycan-Rusiya münasibətləri indi ən yaxşı dövrünü yaşamır.

“Mənə elə gəlir ki, Qarabağ münaqişəsində tarixi güzəşt üçün zəmin artıq ərsəyə gəlib. İndi vəziyyət fərqlidir, Azərbaycan ordusu güclüdür, ölkənin güclü iqtisadiyyatı var. Erməni cəmiyyəti Qarabağ münaqişəsi üzündən blokada vəziyyətindən yorulub. Ermənistan Qarabağətrafı yeddi rayonu azad edərək, blokada vəziyyətindən yaxa qurtarır və cəbhə xəttində gərginliyi azaltmış olur. Mən əminəm ki, artıq buna dair danışıqlar gedir. Obyektiv zəminlər yaranıb. Rusiya tarixi güzəştlər üçün vasitəçi olacaq. Bu qərar həm də Azərbaycan və Ermənistan bir inteqrasiya blokuna daxil olduqda da mümkündür. Amma bu o demək deyil ki, əgər sabah Azərbaycan Avrasiya İqtisadi İttifaqına daxil olacaqsa, Rusiya götürüb Dağlıq Qarabağı Ermənistanın əlindən alacaq. Bu, boş şeydir, bəzi, uzağı görməyən analitiklər tərəfindən təbliğ edilir. Rusiya Amerika maraqlarının həddən artıq yüksək olduğu təşkilat olan, ATƏT-in Minsk qrupunun çərçivəsində mümkün olmayan tarixi güzəştin nail olunması üçün mediator olacaq”, - o vurğulayıb.

Gümrü faciəsindən danışarkən Sergey Markov qeyd edib ki, 102-ci hərbi bazanın hərbçisi Valeri Permyakov Mərkəzi Filadelfiyada yerləşən sektanın üzvüdür.

“O, gözlənilmədən Ermənistana düşmək istəyir və 6 aydan sonra erməni ailəsini öldürüb Türkiyəyə qaçır. Ailəni niyə öldürdüyünü izah edə bilmir. Ya o dəlidir, ya da kimin isə göstərişini yerinə yetirirdi. Hər iki versiya mümkündür, heç bir versiyada Rusiyanın günahı yoxdur. Eyni xüsusi təyinatlı dəstə Avetisyan ailəsinin qətlini, eləcə də İrəvanda Rusiya bayrağının tapdalanmasını təşkil edib”, - politoloq deyib.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri