27 
Sen
2022
15:18
65
23
708
Virtual karabakh

“Reyestrin yaradılması media sahəsindəki qarışıqlığın səliqəyə salınması istəyindən irəli gəlir” - RƏY + FOTO

27 Sen, 2022
15:18
708

“Reyestrin yaradılması media sahəsindəki qarışıqlığın səliqəyə salınması istəyindən irəli gəlir” - RƏY + FOTO

“Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi indiki vəziyyətdə media sahəsində olan qarışıqlığın səliqə-sahmana salınması istəyindən irəli gəlir”.

Bunu “Report”a açıqlamasında Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin “Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında imzaladığı fərman “Media haqqında” qanunun tələbindən irəli gələn məsələ idi:

“Çünki həmin qanunda media mənsublarının, subyektlərinin, qurumlarının reyestri məsələsi var idi. Yeri gəlmişkən bu, könüllü şəkildə həyata keçiriləcək. “Media Reyestrinin aparılması Qaydaları”nın bir sıra üstünlükləri var. Təxminən 90-cı illərdə qeyri-hökumət təşkilatları bu yolu keçiblər. Həmin dövrdə QHT-lər Ədliyyə Nazirliyində reyestrdən keçməli idi və bu, vacib deyildi, hətta bu gün də vacib deyil. Bir sıra QHT-lər var ki, onlar qeydiyyatdan keçmədən fəaliyyət göstərir. Reyestrlə onların fəaliyyəti qanuni əsas alır”.

Onun sözlərinə görə, yeni reyestrin üstünlüyü odur ki, media qurumu öz məlumatlarını sistemə yerləşdirə bilirlər:

“Bu da şəffaflıq üçün vacib amildir. Əgər özünə hörmət edən media qurumu şəffaf işləyəcəksə, media prinsiplərinə riayət edəcəksə, fəaliyyətini o yöndə quracaqsa, onun media reyestrində olması üstünlük deməkdir. Qurum haqda məlumatlar açıq şəkildə olarsa, müraciət edənlərin də sayı çox olar. Eyni zamanda gələcəkdə həmin media qurumları dövlətdən maliyyə yardımları ala bilərlər, ümumiyyətlə reyestrdən keçən qurumun həm özü, həm də jurnalistləri ipoteka və bank kreditləri güzəştlərindən yararlana biləcəklər.

Düşünürəm ki, yeni qaydalar indiki vəziyyətdə media sahəsində olan qarışıqlığın səliqə-sahmana salınması istəyindən irəli gəlir. Mediada yalnız peşəkarların, bu işə aidiyyəti olanların, cəmiyyətin inkişafına xidmət edənlərin, azad sözə xidmət edənlərin çalışmasını istəyiriksə, bu sahədə müəyyən işlər görülməlidir. Media reyestrinin yaradılması da bu istiqamətdə atılan addımlardan başlıcasıdır. Hesab edirəm ki, media qurumları öz iş prinsiplərinə və etik qaydalara riayət etməlidirlər. Bu halda fəaliyyətləri şəffaf ola, eləcə də xəbər keyfiyyətinin yaxşı olması nəticəsində reklam əldə edə biləcəklər”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri