Okt
2022
13:31
80
16
1197
Virtual karabakh

Azərbaycanda “YAŞAT” fondunun vahid elektron informasiya sistemi yaradılır

4 Okt, 2022
13:31
1197

Azərbaycanda “YAŞAT” fondunun vahid elektron informasiya sistemi yaradılır

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “YAŞAT” fondunun vahid elektron informasiya sisteminin proqram təminatını yaratmağa hazırlaşır.

“Report” bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, artıq bununla bağlı hazırlıqlar başlayıb.

Xatırladaq ki, “YAŞAT” fondu Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə yaradılıb. Fond ölkənin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə, eləcə də işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və yaxud həlak olmuş əməkdaşların ailə üzvlərinə sosial müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri