13 
Okt
2022
18:48
375
159
1425
Virtual karabakh

Putin: “Biz regionda vəziyyətin nizamlanması ilə bağlı məsələləri də daim diqqətdə saxlayırıq”

13 Okt, 2022
18:48
1425

Putin: “Biz regionda vəziyyətin nizamlanması ilə bağlı məsələləri də daim diqqətdə saxlayırıq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz mütəmadi olaraq görüşürük və hər zaman danışmaq üçün mövzular tapırıq. Çünki çox fərqli sahələrdə kifayət qədər böyük həcmdə qarşılıqlı əlaqələrimiz var”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Astanadakı görüşü zamanı bəyan edib.

O, bildirib ki, Rusiya Azərbaycanın aparıcı ticarət və iqtisadi tərəfdaşlarından biri olaraq qalır.

“Ticarət dövriyyəsi artır: Ötən il, hesab edirəm ki, 14 faiz, bu ilin ilk yeddi ayında isə 7 faizdən çox artıb. İqtisadi subyektlərimiz Azərbaycan iqtisadiyyatına 4,5 milyard dollar sərmayə qoyublar”, - deyə dövlət başçısı vurğulayıb.

Putinin sözlərinə görə, hökumətlərarası komissiyanın həmsədrləri mütəmadi olaraq görüşlər keçirirlər və Azərbaycanın təklif etdiyi bir sıra perspektivli, maraqlı layihələr üzərində 2024-cü ilə qədər hesablanmış plana əsasən iş gedir.

“Təbii ki, biz regionda vəziyyətin nizamlanması ilə bağlı məsələləri də daim diqqətdə saxlayırıq. Ümid edirəm ki, bu fürsətdən istifadə edib bütün bu məsələləri yenidən müzakirə edəcəyik”, - deyə Putin əlavə edib.

Mənbə: kremlin.ru

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri