27 
Okt
2022
13:26
89
30
1084
Virtual karabakh

Bakıda TDT-nin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının I toplantısı keçirilib - YENİLƏNİB

27 Okt, 2022
13:26
1084

Bakıda TDT-nin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının I toplantısı keçirilib - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının 1-ci Toplantısı keçirilib.

“Report”un xəbərinə görə, TDT-yə üzv dövlətlər - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, həmçinin müşahidəçi üzv Macarıstan və Türkmənistanın audiovizual media sahəsi üzrə tənzimləyici qurumlarının və digər dövlət rəsmilərinin bir araya gəldiyi toplantının əsas məqsədi türkdilli dövlətlərin audiovizual media və onun tənzimlənməsi sahəsində əməkdaşlığının möhkəmləndirilməsi, TDT-na üzv və müşahidəçi dövlətlərin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının Forumunun yaradılması ilə bağlı Türkiyə tərəfinin təqdim etdiyi Konsepsiyanın müzakirəsi və son nəticədə Forumun yaradılması ilə bağlı Niyyət Bəyannaməsinin imzalanması olub.

Toplantının açılış hissəsində Prezident Administrasiyasının Rəqəmsal media ilə iş sektorunun müdiri Elmir Vəlizadə, TDT-nın Baş katibinin müavini Ömər Kocaman, Azərbaycan Respublikası Medianın İnkişaf Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov çıxış ediblər.

E.Vəlizadə bu cür tədbirlərin vacibliyi haqqında danışaraq bildirib ki, son zamanlar TDT çərçivəsində üzv ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın inkişaf etməsi həmin tendensiyanın televiziya və radio yayımının tənzimlənməsi sahəsində əməkdaşlığa da təkan verir.

İ.Səttarov Azərbaycanın audiovizual media sahəsinin hazırkı vəziyyəti və bir sıra yeniliklər haqqında ətraflı məlumat verib, TDT çərçivəsində mövcud olan əməkdaşlıq münasibətlərinin gələcək perspektivlərindən, audiovizual media üzrə birgə fəaliyyət haqqında fikirlər səsləndirib.

Ə.İsmayılov təşkil olunan tədbirin əhəmiyyətini vurğulayaraq türk dövlətləri arasında bütün sahələrdə güclənən və yeni perspektivləri açılan əməkdaşlığın media, o cümlədən audiovizual media və onun tənzimlənməsi sahəsində də gücləndirilməsinin zərurətindən danışıb.

Ö.Kocaman, öz növbəsində, tədbirin təşkil edilməsi üçün bu cür imkan yaradıldığına görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib və Audiovizual Media tənzimləyicilərinin birgə şəbəkələşməsinin zamanın zərurəti olduğunu qeyd edib. TDT Katibliyinin bu istiqamətdə fəaliyyətindən danışan qurum rəsmisi audiovizual medianın tənzimlənməsi sahəsində ölkələrin təcrübə və bilik mübadiləsinin bütün tərəflərə faydalı olacağından əminliyini ifadə edib.

Toplantı öz işini iştirakçıların çıxışları, Forumun yaradılması ilə bağlı Türkiyə Radio və Televiziya Ali Qurumunun (RTÜK) konseptual təqdimatı və bu təqdimat ətrafında müzakirələrin aparılması ilə davam etdirib.

Bu Toplantı çərçivəsində TDT-yə üzv və müşahidəçi dövlətlərin Media üzrə Əlaqələndirmə Komitəsinin 2-ci iclası da keçirilib.

Sabah isə Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Audiovizual media üzrə Tənzimləyici Orqanlarının Forumunun yaradılması barədə Niyyət Bəyannaməsinin imzalanması nəzərdə tutulur.

10:12

Bu gün Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələri Audiovizual media üzrə tənzimləyici orqanlarının I toplantısı keçirilir.

“Report”un xəbərinə görə, toplantıda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, üzv və müşahidəçi ölkələri Audiovizual media üzrə tənzimləyici orqanlarının rəhbərləri iştirak edirlər.

Bildirilib ki, TDT üzv və müşahidəçi ölkələrin Audiovizual media üzrə tənzimləyici orqanları arasında Niyyət Bəyannaməsi imzalanacaq.

Sənədin imzalanma mərasimi sabah - oktyabrın 28-də Şuşa şəhərində baş tutacaq.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri