29 
Dek
2022
15:56
216
22
4036
Virtual karabakh

Zaxarova Ermənistanı ələ saldı: “Bir qədəh şərab, yoxsa şərt?”

29 Dek, 2022
15:56
4036

Zaxarova Ermənistanı ələ saldı: “Bir qədəh şərab, yoxsa şərt?”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Məcbur edilmə hansı şəkildə baş verdi? Heç olmasa hansısa faktlar olmalıdır”.

Oxu.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, Moskvanın Ermənistanı Rusiya və Belarusun İttifaq Dövlətinə qoşulmağa məcbur etməsi ilə bağlı yayılan xəbərlərin fərziyyə olduğunu bildirib.

Eyni zamanda, bu gün jurnalistlər üçün keçirdiyi brifinqdə çıxış edən diplomat bununla bağlı ritorik sual verib. Zaxarova insanların bunu iddia edərkən kimə və hansı faktlara istinad etdiklərini və ümumiyyətlə, belə faktların olub-olmadığını soruşub.

“Məcbur edilmə hansı şəkildə baş verdi - mehriban dostluq şəraitində, bir qədəh qırmızı şərabın müşayiəti ilə, yoxsa sərt şəkildə? Bunu aydınlaşdırmaq lazımdır. Heç olmasa hansısa faktlar olmalıdır. Əgər insanlar hansısa faktlar təqdim etmədən belə bəyanatlar verirlərsə və üstəlik də konkret olaraq ölkənin adını çəkirlərsə, o zaman xahiş edirəm, bunu faktlarla təsdiqləyin”, - deyə XİN nümayəndəsi tövsiyə edib.

Zaxarovanın sözlərinə görə, analoji olaraq bunu Moskvanın İrəvana onun nəzarətindən kənar hansısa dəhliz təmin etməsi barədə yayılan şayiələr kontekstində də demək olar. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bu cür bəyanatları saxta adlandırıb. Diplomat xatırladıb ki, blokadadan çıxarılmış kommunikasiyalar hansı ölkənin marşrut xətləri üzərindən keçirsə, həmin ölkənin də suverenliyini nəzərdə tutur.

Mənbə: eadaily.com

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri