30 
Yan
2023
13:04
200
12
761
Virtual karabakh

Çavuşoğlu portuqaliyalı həmkarı ilə Azərbaycan və Ermənistan barədə müzakirələr aparıb - VİDEO

30 Yan, 2023
13:04
761

Çavuşoğlu portuqaliyalı həmkarı ilə Azərbaycan və Ermənistan barədə müzakirələr aparıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu portuqaliyalı həmkarı Joao Qomes Kravinyo ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə M.Çavuşoğlu Ankarada J.Klavinyo ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Görüşdə həmçinin Qafqazda baş verən proseslər, Azərbaycan-Ermənistan, Ankara və İrəvan arasında normallaşma prosesi ilə bağlı fikir mübadiləsi aparıldı. Cənubi Qafqazın sabitliyi və son proseslər barədə danışdıq”, - deyə Çavuşoğlu bildirib.

O, həmçinin regional məsələləri də müzakirə etdiklərini əlavə edib.

“Ukraynada davam edən müharibəni, İsveç və Finlandiyanın NATO-ya müraciət prosesini qiymətləndirdik”, - deyə nazir qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri